Ölkə

Coni məşhur yarışmanın münsifi oldu

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “Uşaq səsi” layihəsində münsif kürsüsündə əyləşəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat paylaşıb. O, çəkiliş meydançasından fotoları izləyiciləri ilə bölüşərək bunları yazıb:

“Gəncliyimdə həmişə “Səs” verilişinə baxırdım və həm ustadlardan, həm də yeni istedadlardan ilham alırdım. Tələbəlik illərində hətta universitetimizdə dostlarımızla “Səs” yarışmasını keçirirdik. Sonralar isə münsif kürsüsündə əyləşdim. Yəni artıq bir az təcrübəm var. İndi isə uzun illərdən sonra məni “Uşaq səsi” layihəsində münsif olmağa dəvət etdilər. “Səs” adlı bu böyük ailənin üzvü olduğum üçün inanılmaz sevinc və xoşbəxtlik hiss edirəm. Gəncliyimdə mənə güvəndiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Bir gün bu kresloda oturacağımı ağlıma belə gətirməzdim; Düzünü desəm, tamaşa zamanı hadisələrin necə cərəyan edəcəyini, orada bizi nələrin gözlədiyini bilmirəm, amma əminəm ki, bir şey var: musiqi olan yerdə hər şey səmimi və ürəkdən olur. Təbii ki, həmişə sevgi ilə. Buna görə həyəcanlıyam”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button