Ölkə

COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” ASC-lər geniş pavliyonla təmsil olunurlar

COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” “yaşıl zonada” geniş pavliyonla təmsil olunurlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün pavliyonun açılışı olub və qonaqlar əraziyə baxış keçiriblər. Burada ziyarətçilərə maketlər və hazırlanan təqdimatlar üzərindən geniş məlumatlar verilib. O cümlədən tanıtım bükletləri və kataloqlar paylanıb.

“AzərEnerji” tərəfindən görülən dekarbonizasiya tədbirləri, “Yaşıl Enerji Zonası” elan edilən Qarbağ və Şərqi Zəngəzurda 4 ildən az müddətdə ümumi gücü 270 meqavat olan 32 ədəd su elektrik stansiyasının tikiməsi və başqa məlumatlar qonaqların geniş marağına səbəb olub.

Ümumiikdə isə “Yaşıl zonada” “AzərEnerji” tərəfindən 6 tədbirin, 5 imza mərasiminin və tanınmış beynəlxalq enerji şirkətlərinin rəhbərləri ilə müxtəlif görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.




COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button