COP29 maliyyə məsələlərinə həsr edilmiş konfrans olmalıdır
COP29 qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavab verməli olan maliyyə məsələlərinə həsr olunmuş bir konfrans olmalıdır.
Trend xəbər verir ki, bunu “IBON International”ın iqlim ədaləti proqramının siyasi əməkdaşı Jaks Bonqon “İqlim ədalətinin tələb edilməsi üzrə qlobal kampaniya” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“COP29 qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavab verməli olan maliyyə məsələlərinə həsr edilmiş konfrans olmalıdır. Bu bölgələrdə insanlar dəniz səviyyəsinin yüksəlməsi, daşqınlar, supertayfunlar, istilik dalğaları və quraqlıq qarşısında həyatları üçün mübarizə aparırlar”, – J.Bonqon deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az