Ölkə

Dəhşətli QƏZA: Turistlərlə dolu avtobus aşdı

Çin Respublikası – Tayvanın İlan qəzasında turist avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Taypinşan Meşə Qoruğuna gedən yolda baş verib.

İlkin araşdırmalara görə, avtobusun dağdan enərkən əyləc sistemi sıradan çıxıb. Sürücü əl əyləcini tətbiq etsə də, avtomobil dayanmayıb. Avtobus yoldan çıxaraq çəpərə dəyib, daha sonra qayaya çırpılaraq aşıb.

Avtomobildə 42 nəfər, o cümlədən Taoyuan şəhərindən olan 40 turist, həmçinin bələdçi və sürücü olub. Yoxlama sürücünün ayıq olduğunu göstərib. Yeddi nəfər ağır yaralanıb, daha beş nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button