Dələduzu ağız suyuna görə müəyyənləşdirib tutdular
Moskvada 84 yaşlı təqaüdçünü aldadan fırıldaqçının kimliyi siqaret kötüyünün üzərindəki DNT-dən aşkarlanıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, iki dələduz özlərini sosial işçi kimi təqdim edərək yaşlı kişinin yanına gəlib, daha sonra ondan 200 min rubl pulunu oğurlayır. Onlardan biri siqaret çəkdikdən sonra siqaret kötüyünü həyətə atıb.
Bundan sonra, ekspertlər siqaret kötüyünün üzərindəki ağız suyundan götürülmüş DNT nümunələrini aşkar edə biliblər. Nəticədə, genetik profil federal məlumat bazasında olan, daha fırıldaqçılıqda məhkum edilmiş bir qadının məlumatları ilə üst-üstə düşüb.
Dələduzluq edən şəxs müəyyən edilərək stansiyada saxlanılıb, ikincinin axtarışı isə davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun