Ölkə

Dəmiryolçular üçün ixtisas imtahanının təşkili qaydası təsdiqləndi

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası” təsdiq edildi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən ixtisas imtahanının təşkili və keçirilməsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – imtahanı təşkil edən orqan) tərəfindən həyata keçirilir.

İxtisas imtahanı aşağıdakı kateqoriyalar (bundan sonra – kateqoriya) üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:

“Eq” – Elektrik qatarı;

“Dz” – Dizel qatarı;

“E” – Elektrovoz;

“T” – Teplovoz;

“Lm” – Lokomobil;

“M/Dr/Mk” – Motovoz/Drezin/Maşın kompleksi.

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu əldə etmək istəyən şəxslərə dair ümumi tələblər aşağıdakılardır:

1. 20 yaşı tamam olmalıdır;

2. qanunla müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyəti olmalıdır;

3. sağlamlıq cəhətdən dəmiryol nəqliyyat vasitəsini idarə etməyə yararlı olmalıdır;

4. dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təhlükəsizliyi, işarəvermə və rabitə, qatarların hərəkəti və manevr işlərini tənzimləyən hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdır;

5. dəmiryol nəqliyyatı vasitəsini idarə etmək üzrə təcrübi vərdişlərə yiyələnməlidir;

6. bu Qayda ilə müəyyən edilən digər tələblərə cavab verməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button