Ölkə

Daha beş şəhidimiz Xocalıda dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, Xocalı faciəsi zamanı itkin düşən Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlu uğrunda döyüşərək şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarına tər güllər düzülüb, əklil qoyulub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button