Ölkə

Daha bir küçədə yeni velosiped zolağı salınacaq

Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair təklif layihəsi hazırlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə AYNA-da keçirilən ictimai dinləmə zamanı deyilib.

Bildirilib ki, layihə çərçivəsində Nizami küçəsində yolun sol kənarında mikromobillik zolaqlarının təşkili, 2 hərəkət zolağı və sağ kənarda paralel və perpendikulyar parklanma yerlərinin təşkili nəzərdə tutulur: “Sözügedən mikromobillik zolaqları Nizami küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyədək olan hissəsində təşkil ediləcək. Standartlar çərçivəsində yeni nişanlanma xətlərinin təşkili zamanı öncədən mövcud olan sayda hərəkət zolaqları saxlanılacaq”.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni layihələrlə bağlı növbəti ictimai dinləmə keçirilib. Dinləmədə bir sıra məsələlər müzakirə olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button