Ölkə

Daha bir vəkil həbs edildi

Vəkil Fuad Əliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, “Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.

Vəkillər Kollegiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vəkil Əliyev Fuad Vilayət oğlu ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Heyətin 17 may 2024-cü il və 10 iyul 2024-ü il tarixlərində fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, Fuad Əliyevin saxlanılması ilə bağlı ilk xəbəri Globalinfo.az saytı yayıb.

Xatırladaq ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib. Əməliyyat nəticəsində büro müdiri və bir vəkil saxlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button