Ölkə

Damlanın indi təqdim etdiyi musiqilər səviyyəlidirsə, onda mən heç nə bilmirəm

“Biz pis tənqidə o qədər vaxt ayırırıq ki, yaxşı diqqətsiz qalır. Sonra da deyirik ki, yaxşının sosial şəbəkələrdə baxış sayı azdır”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu sözləri reper PRoMete modelyer Aynur Xəlilovanın “Hərşeyşünas” adlı podkastında qonaq olarkən deyib. 

O, son günlərdə trendə olan bayağı mahnılardan söz açıb:

“Əslində bilirsiniz nə etməliyik? Bəyəndiyimiz hər bir şeyi “like” etməliyik, şərh yazmalıyıq. Sosial şəbəkə alqoritmi belə işləyir. Bu məsələdə olduqca diqqətli olmalıyıq. Vaxt ayırıb pisi söyməkdənsə, yaxşını həvəsləndirmək lazımdır. Bunu etdiyimiz təqdirdə biz doğrudan da yaxşılıq etmiş olacağıq. Yoxsa təhsil yoxdur…. Təhsilin bu gün atılmış toxumunu 10 il sonra biləcəyik ki, toxum cücərdi, yoxsa yox. 

Bir dəfə Rahib Azəriyə sual verdim ki, bu Üzeyir Mehdizadələr, Damlalar, Vəfalar…. Nə olacaq bunun axırı? O da qayıdıb dedi ki, sən nədən narahatsan ki? Bu, həmişə olub.

Damla musiqimizə vurduğu zərəri vurub artıq. İndi ola bilər ki, peşəkarlarla işləyib, yaxşı nəticə verir. Sadəcə olaraq Damla tez təslim oldu, keçdi səviyyəli işlər təqdim etməyə. Bu mövzuda çox radikal düşünürəm. Damla indi təqdim etdiyi musiqilər səviyyəlidirsə, deməli onda doğrudan da mən heç nə bilmirəm. Sadəcə olaraq yönünü dəyişib. Yaxşıya doğru olsa da, yaxşı deyil. 

Mənə sual verəndə ki, Miri Yusifin mahnı oxumağına münasibətiniz necədir? Miri Yusif Azərbaycan repinə elə xidmət edib ki, onun indi buraxacağı səhvi mən eksprement kimi qəbul edirəm”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button