Siyasət

Danışıqlar prosesini kimin inhisara götürəcəyi bizim üçün fərq etmir

Danışıqlar prosesini kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir, vacib olanı nəticəyə gəlməkdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahbəsində deyib.

“Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil. Rusiya olub. Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu. Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”, – deyə Prezident İlham Əliyev bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button