Ölkə

Daşkəsəndə iri gövdəli ağac yola aşıb, tıxac yaranıb

Güclü külək Daşkəsən rayonunda da fəsad törədib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report.az-a istinadən xəbər verir ki, təbii hadisə nəticəsində rayonun Bayan kəndində iri gövdəli ağac aşaraq yola və kənardakı evin üzərinə düşüb.

Hadisə səbəbindən Gəncə-Daşkəsən avtomobil yolunda bir müddət tıxac yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağac yoldan götürüldükdən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, bir neçə saat öncə Qərb bölgəsində həmçinin, Mingəçevir və Yevlaxda da güclü külək bir sıra fəsadlar törədib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button