İdman

De Bruyne komanda yoldaşlarına bahalı smartfon hədiyyə etdi

Kevin de Bruyne “Mançester Siti” təmsilçiləri üçün platin “iPhone”lar sifariş edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, yarımmüdafiəçi komanda yoldaşlarına ötən mövsüm trebl qazanılması şərəfinə xüsusi hazırlanmış smartfonlar bağışlayıb.

Ümumilikdə belçikalı futbolçu dizaynı “iDesign Gold” brendi tərəfindən hazırlanmış 26 “iPhone” alıb. Hər belə telefonun qiyməti beş min funtdur (təxminən 10 800 manat).

Hədiyyə komandanın baş məşqçisi Pep Qvardiola və klubun sahibi Şeyx Mənsura da verilib.

Bütün telefonların üzərində alıcıların adları və “Mançester Siti” loqosu həkk olunub.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button