Siyasət

Deputat nə dediyinin fərqindədir? – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində, sonra İrəvanda keçirdiyi toplantılardakı çıxışlarında və açıqlamalarında Rusiyaya qarşı kəskin ritorikasını daha da gücləndirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ermənistanla Rusiya arasındakı münasibətlər indi gərginləşib və hər iki tərəfin nikbin bəyanatlarına rəğmən, situasiya ciddidir.

Belə vəziyyətdə azərbaycanlı siyasətçilər, siyasi analitiklər, dövlət mənsubları, deputatlar açıqlamalarında konkretlik, rasionallıq, praqmatlıq və ən əsasın, düşünülmüş ifadələrlə xüsusilə fərqlənməlidir.

Əfsuslar olsun ki, bəzi şəxslər həmişəki amplualarına sadiq qalaraq ciddi açıqlama verdiklərini düşünərək qeyri-ciddi, bəzən isə fərqli interpretasiya edilə biləcək sözlər deyir, ifadələr işlədirlər.

Müsahibələrində “ənənəsinə sadiq qalaraq” həmişə mücərrəd verbal konstruksiyalar quraşdıran, sonra da həmin söz yığınında məna axtaran biçarə jurnalistin baxışları qarşısında simasına müdrik görkəm verərək Lukull təki baxan şəxslərdən biri də Milli Məclisin deputatı Arzu Nağıyevdir.

Artıq “yerli Çernomırdin”ə çevrilmiş cənab Nağıyev deyəsən, jurnalistlərdə koqnitiv dissosans yaratmaq cəhdindədir.

Elə bir müsahibə, elə bir açıqlama yoxdur ki, cənab A.Nağıyev tamaşaçıları və ya dinləyiciləri “error” vəziyyətinə salaraq sürəkli düşünməyə, “Görəsən, bu sözlərlə nə demək istədi?” sualına cavab aramağa vadar etməsin.

Onun son çıxışı da həmişəki kimi, “müstəsna” idi.

REAL TV-də dəvət olunduğu proqramda aparıcı da məhz həmin proseslərlə bağlı A.Nağıyevə sual verib.

“Aydındır ki, Rusiya Prezidenti Putin xəyanəti heç vaxt bağışlamır və son vaxtlar baş vermiş hadisələr belə düşünməyə əsas verir”

“Yəni Putinin xəyanəti bağışlamaması məsələsini yəqin ki, siz “Vaqner”lə bağlı məsələni gündəmə gətirmək istəyirsiniz… Bir var özünün, necə deyərlər, çörək verdiyi, özünün yaratdığı qurum bunun siyasətinə qarşı çıxır… Bir də var digər bir dövlət – hansı ki istər miqrant kütlələrinə görə, istər ərazisində olan iqtisadi potensialın tam şəkildə Rusiyaya məxsus olması baxımından rəhbərin belə bəyanat verməsi bunun özü xəyanətə atılan addımdır”, – cavabı olduğu kimi təqdim edirik.

Milli Məclisin deputatı “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin aviaqəzada həlak olması ilə “Putin xəyanəti bağışlamır” ifadəsi arasında məntiqi əlaqənin olmasıyla dolayısıyla razılaşır? Və bununla da Ermənistanın baş naziri Nikol Paşinyanı da Priqojinin taleyinin gözlədiyini istisna etmir?

Axı deputat “xəyanətin bir addımlığı” ifadəsini işlədir.

… Dövlətlərarası münasibətlər, xüsusilə də Azərbaycanla Rusiya arasındakı əlaqələr məsuliyyətsiz bəyanatlarla gərginləşə bilər.

Dövlətin maraqları bizdən maksimum diqqətli və sayıq davranış tələb etdiyindən belə açıqlamalar verilməməlidir.

Arzu Nağıyev ritorika qaydalarını yeniləsə də…

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button