Ölkə

“Detaşe” violinoçular ansamblının konserti keçirilib

Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Detaşe” violinoçular ansamblının konserti keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi, konsertmeystr Səbinə Muradovanın müşayiəti ilə dinləyicilərə zəngin proqram təqdim olunub.

Proqramda Ü.Hacıbəyli “Koroğlu” operasından 2 rəqs, A.Dadaşov “Baxvari”, F.Bədəlbəyli “İthaf”, A.İbrahimov-Bramo “Şuşa”, Q.Qarayev “İldırımlı yollarla” baletindən “Laylay” və “Rəqs”, İ.Yohov “Vivaldisayağı”, İ.S.Bach “Ave Mariya”, İ.Brahms “Macar rəqsi”, N.Hess “Pyes”, K.Bom “Daimi hərəkət”, N.Rubinşteyn “Cəhrə”, T.Quliyev “Sevgi valsı” və D.Şostakoviç “Vals” səslənib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button