Ölkə

“Deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım”

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldığına görə tənqid olunması haqqında danışıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu tənqidlərə əhəmiyyət vermədiyini deyib: 

“Haqqımda deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım. Sağ qalmağın yeganə yolu dedi-qodulara məhəl qoymamaqdır. İnsanlar əslində baş verənlərin 10 faizini belə bilmirlər”. 

Qeyd edək ki, Pike və Şakira 11 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Ayrılığa səbəb futbolçunun xəyanəti olub. Cütlüyün iki övladı var – Milan və Saşa. 

Pike karyerasını 2022-ci ilin sonunda “Barselona” ilə başa vurub. 36 yaşlı ispaniyalı həm də “Mançester Yunayted” və “Real Saraqosa”da çıxış edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button