Ölkə

Diddiyə qarşı daha 120 ittiham

“Pi Diddi” ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs qarşı daha 120 iddia qaldırılacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, reperin həbsinin ardından məhkəməyə 3000-dən çox müraciət daxil olub. Onlar arasından 100-dən çox şikayət etibarlı hesab edilib.

“The Washington Post”un məlumatına görə, Diddinin işi ilə məşğul olan hüquq qrupu onun barəsində 120 əlavə cinsi təcavüz iddiası qaldıracağını bildirib.

Qeyd edilir ki, reper və onun əlbirləri qurbanları susdurmaq üçün 10 000 dollar (17 000 AZN) ödəməkdə də ittiham olunacaqlar.

Qurbanların əksəriyyəti afro-amerikalıdır və onlardan 25-i azyaşlıdır. Reperin qurbanı olduğu iddia edilənlər arasında 2000-2010-cu illər arasında baş verən təcavüzlər zamanı onların yaşları 9-38 yaş arası dəyişir.

Qeyd edək ki, Diddi insan alveri iddiaları ilə bağlı davam edən cinayət istintaqı çərçivəsində sentyabrın ortalarında Nyu-Yorkda həbs edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button