Ölkə

Dini nikah necə ləğv olunmalıdır?

Rəsmi boşanmalar qeydiyyata alınır. Bəs dini nikahlar necə?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rəsmi nikaha daxil olduqdan sonra Qafqaz Müsəlmanları İdarəsindən dini nikaha da icazə verilir.

Bəs boşanma zamanı hansı dini proseslər həyata keçirilir? Kəbin necə ləğv olunmalıdır?

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, əgər boşanmaq üçün əsaslı səbəb varsa, nikahın geri oxunması və ya kişinin talaq verməsi ilə kəbin ləğv edilmiş hesab olunur. Talaq isə İslam dinində qarşı tərəfə 3 dəfə “boşayıram” deməklə həyata keçirilir.

Ağa Hacıbəylinin sözlərinə görə, talaq əsasən kişi tərəfindən verilir. Amma, bəzən qadının boşanma istəyi ilə razılaşmayan kişilərə də rast gəlinir ki, bu zaman qadının da dini nikahı pozmaq haqqı var. Talaq isə zarafatla, düşünülməmiş və yaxud əsəb anında səthi deyilərsə, məqbul hesab olunmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button