Siyasət
Diplomatik korpus üzvləri Xaçın çayı üzərində inşa olunan körpü ilə tanış olublar
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayır.
Milli.Az Trend-ə istinadən bildirir ki, nümayəndə heyətinə rəhbərliyi Hikmət Hacıyev edir.
Məlumata görə, nümayəndə heyəti ilk olaraq ermənilər tərəfindən dağıdılmış Ağdam-Bərdə yolunun Baş Qərvənd kəndi ərazisindən keçən vaxtilə ermənilərin dağıtdığı Xaçın çayı üzərində inşa olunan körpü ilə tanış olublar.
Qeyd edək ki, səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.
Milli.Az