Mədəniyyət

DokuBaku könüllülər axtarır

DokuBaku BSFF, festivalın təşkilatçılarına açılış və bağlanış mərasimlərində, filmlərin nümayişinin təşkilində, tamaşaçıları istiqamətləndirməkdə bacarıq və biliklərinizə uyğun gələcək şəkildə hər hansı mümkün dəstəyi təmin edəcək könüllülər axtarır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Könüllü seçilsəniz, festival günlərində, yəni 26 sentyabr – 01 oktyabr 2023-cü il tarixlərində iştirak edəcəksiniz. Siz film dünyasına səyahət, bəzi yerli və beynəlxalq film ekspertləri ilə real görüş imkanı və festival həyatından dəyərli təcrübə qazanacaqsınız.

Ərizəni təqdim etdikdən sonra e-poçt ünvanınıza müraciətinizin qəbul edildiyi barədə bildiriş alacaqsınız.

İlkin mərhələdən keçsəniz, ikinci e-poçt bildirişi alacaqsınız və sizi müsahibəyə dəvət edəcəyik. Qeydiyyat üçün link:

DokuBaku BSFF 2023-ün bir hissəsi olmaq üçün müraciətlərinizi gözləyirik.

Müraciət üçün son tarix: 20 avqust 2023

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button