Ölkə

Dönərlə bağlı yeni tələblər – bahalaşacaq

Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, aktı Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb.

Məqsəd yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunması, eyni zamanda bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim olunub.

Yeni qaydalarda çiy dönər ətinin emalına dair ümumi gigiyena tələbləri ilə yanaşı, xüsusi tələblər də öz əksini tapıb.

Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri İradə Hüseynli bildirib ki, çiy dönərin hazırlanmasında istifadə olunan ətlərlə bağlı da yeni tələblər hazırlanıb. 

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dönərlə bağlı yeni standartların müəyyənləşdiriləsi öz növbəsində dönərin də qiymətinə təsir göstərəcək.

Vətəndaşların dönərin keyfiyyəti ilə bağlı fikirləri isə birmənalı deyil.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button