Ölkə

Donor axtaran aktyordan xoş xəbər

Üçüncü dərəcəli sirrozdan əziyyət çəkən Türkiyənin məşhur aktyoru Ufuk Özkanın orqan transplantasiyasına ehtiyacı qalmayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Əməliyyat üçün növbəyə duran 48 yaşlı sənətçi müalicə aldığı xəstəxanadan foto paylaşaraq artıq səhhətinin yaxşılaşdığını deyib: “Xəstəxanada 15-ci gündür. Zəng edib dua edən, məni sosial şəbəkədə heç vaxt tək qoymayan siz… Allaha şükürlər olsun ki, çoxlu sevənlərim var. O zaman sizə müjdə verim… Orqan transplantasiyasına ehtiyac yoxdur, dərmanla davam edəcəyəm. Ən qısa zamanda meydana qayıdacağam. Gülməyə və güldürməyə davam. Hər şey qaydasında olsa, 1 həftə sonra xəstəxanadan çıxacağam. Daha uzun illər buralardayam, əzizlərim”.

Qeyd edək ki, ötən il Özkan qaraciyər piylənməsi səbəbindən 17 kq arıqlamışdı. Onun yanlış pəhriz səbəbindən immunitet sisteminin pozulduğu deyilir. Aktyor rol almalı olduğu üç film çəkilişini də təxirə salmalı olub. Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən aktyora  orqan transplantasiyası edilməsə, 9-12 ay yaşaya biləcəyi diaqnozu qoyulmuşdu.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button