Ölkə

Dövlət Komissiyasında yeni təyinat

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında yeni təyinat olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının katibi vəzifəsinə Qəzənfər Rövşən oğlu Əhmədov təyinat alıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Rövşən Əhmədov Bakıda anadan olub.

Bu təyinatadək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) direktor, Dövlət Təhlükəsizliyi Xidmətində Xidmət rəisinin müşaviri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Evlidir, 3 övladı var.

Xatırladaq ki, Q.Əhmədovdan əvvəl bu vəzifədə İsmayıl Axundov çalışırdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button