Ölkə

Dövlət torpaq kadastrının aparılması qaydaları dəyişdi

Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin, “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”na da dəyişiklik edilib.

Qərara əsasən, dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button