Ölkə

Dünyanın ən bahalı qida brendləri

“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı qida brendlərinin siyahısını təqdim edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki,  “Nestle” artıq yeddinci ildir ki, ən qiymətli qida brendlərinin dünya reytinqində liderdir.

Hesabatda qeyd olunur ki, brendin dəyəri il ərzində 7 faiz azalaraq 20,8 milyard dollara çatsa da, “Nestle”nin yüksək reputasiyası və davamlılığı ona qlobal qida sənayesində birinci yeri saxlamağa kömək edib.

“Lays” brendi isə ikinci yerə yüksəlib. Onun dəyəri il ərzində 9 faiz artaraq 12 milyard dollara çatıb.

Üçüncü yerdə dəyəri 11,6 milyard dollar olan “Yili” brendi qərarlaşıb.

Ümumilikdə, qlobal qida və içki seqmenti bu il marka dəyərinin 4 faiz azalaraq 268 milyard dollara çatdığını bildiriblər. 

“İstehlakçılar getdikcə böyük brendlərdən uzaqlaşaraq unikal, fərdiləşdirilmiş məhsullar təklif edən daha kiçik özəl etiketlərə keçirlər”, – “Brand Finance” analitikləri qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button