Ölkə
“Dünyanın ən xoşbəxt bacısıyam” – FOTO
“Dünyanın ən xoşbəxt bacısı bu gün mənəm”.
Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo.az-a Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Hidayət Heydərovun bacısı Xədicə Ağayeva deyib.
“Çox sevincliyik. 16 ildən sonra bu idman növündə Hidayətin sayəsində Azərbaycan çempion oldu. Sevincimizin həddi-hüdudu yoxdur. Yarışın Fransada keçirilməsi və Hidayətin məhz fransıza qalib gəlib bayrağımızı ucaltması ikiqat sevincdir. Mən də bacısı olaraq Hidayətə təşəkkür edirəm. Onunla fəxr edirik”, – o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun