Ölkə

Dünyaya gəlməyən uşağa görə aliment alınıb?

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Astara rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button