Ölkə

“Düşünürəm ki, hazırda regionda maneələr qoymaq lazım deyil”

Cənubi Qafqazda kommunikasiyaların inkişafı Mərkəzi Asiya üçün ən mühüm məqamlardan biridir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mərkəzi Asiyanın dünya okeanına çıxışı yoxdur. Bu səbəbdən nəqliyyat və logistika yollarının diversifikasiyası bizim üçün vacibdir. Orta Dəhlizin inkişafı üzərində, eləcə də, Şimal-Cənub və Azərbaycan istiqamətində çalışırıq. Biz Çin istiqamətində ixrac edirik, Pakistan ərazisindən keçəcək yol hazırlanır. Həmçinin, Rusiya ərazisindən də yol var. Bu səbəbdən bütün yollar, onların diversifikasiyası bizim üçün vacibdir”, – deyə o qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, regionda kommunikasiya xətləri açılmalıdır.

“Biz Cənubi Qafqaz regionunda kommunikasiya xətlərinin açılmasının, Azərbaycan, Ermənistan və Gürcüstanın səmərəli əməkdaşlığa keçid etməsinin tərəfdarıyıq. Bu, həm bizim üçün, həm də Mərkəzi Asiya üçün, regionda sülhün, sabitliyin, inkişafın olması üçün, əməkdaşlıq etməyimiz, yüklərimizi daşımağımız üçün vacibdir. Düşünürəm ki, hazırda regionda maneələr, sərhədlər qoymaq lazım deyil, əksinə, mümkün qədər çox kommunikasiya və yolları açmaq lazımdır”, – deyə səfir əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button