Ölkə

DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İdarədən Milli.Az-a verilən məlumata görə, müraciətdə deyilir:

“Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button