Ölkə
Ebru Gündeşdən boşanma iddialarına cavab
Bu ilin fevralında özündən 12 yaş kiçik iş adamı Murad Özdemirlə Dubayda nikah masasına oturan müğənni Ebru Gündeş haqlarında çıxan boşanma iddilarına münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı sosial media hesabında həyat yoldaşı ilə birgə fotosunu yayımlayıb. O, şəklə “Yaxşı ki” qısa şərhini yazıb və ürək emojisi qoyub.
Xatırladaq ki, cütlüyün boşanacağı ilə bağlı xəbəri “Beyaz Magazin”dən Pınar Eliçe yayıb.
Qeyd edək ki, Ebru bundan əvvəl iş adamı Rza Zərrabla evliliyinə qalmaqallı şəkildə son qoyub. Onun bu nikahdan bir qız övladı var.
Murad iki dəfə evli olan Muradın 3 övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun