Ölkə

Ebru Gündeşin bacısı tapıldı

İllərdir atası ilə danışmayan məşhur müğənni Ebru Gündeş tez-tez ailə qalmaqalları ilə gündəmə gəlir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, 4 yaşında atası Remzi Gündeş tərəfindən tərk edilən Ebru onu bağışlamayıb, şöhrətləndikdən sonra atası qızıyla barışmağa cəhd etsə də, müğənni münasibət qurmaq istəməyib.

Bu günlərdə Ebrunun ögey bacısı Aslıhan Akça Gündeş ortaya çıxıb bacısı ilə görüşmək istədiyini, amma “yox” cavabı aldığını bildirib.

Müğənninin bacısının bu açıqlaması media tərəfindən maraqla qarşılanıb. Aslıhan Remzi Gündeşin ikinci evliliyindən doğulan qızıdır. 

Aslıhan Akça bildirib ki, dəfələrlə sosial şəbəkələr vasitəsilə Ebruya mesajlar yazıb, lakin o görüşmək istəmədiyini deyərək, bacısının təkliflərini rədd edib.

Gözlərdən uzaq, sadə bir həyat yaşayan 2 uşaq anası Aslıhan Akçanın Ebruya çox bənzəməsi də diqqətdən yayınmayıb.

Milli.Az 

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button