Ölkə

Ədil Arifoğlu vəfat etdi – FOTO

1-ci Qarabağ müharibəsini qanı bahasına lentə alan, erməni snayperinin açdığı atəşdən ölməyən hərbi jurnalist Ədil Arifoğlu bu səhər qəfildən vəfat edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu barədə informasiyanı Bizim.Media-ya açıqlamasında yazıçı Azər Qismət deyib.

O, hərbi jurnalistin ölümü haqda “Facebook” səhifəsində də yazıb və dünən çəkdiyi sonuncu fotosunu paylaşıb.

Qeyd edək ki, əslən İmişli rayonundan olan Ədil Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb. 

Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədən lentə alıb. 1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə düşmən snayperinin açdığı atəşlə boğazından güllə yarası alsa da, möcüzə nəticəsində sağ qalıb. Mərhumun şəxsi arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button