Ölkə

Efirdə mənə “sən”, digər qonaqlara “siz” deyirdi…

Müğənni Nura Suri bir neçə gün öncə ARB televiziyasında yayımlanan “Günə son” verilişini tərk etməsinin səbəbini açıqlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müğənni “Gül kimi şou” verilişində bu sözləri deyib:

“Anlamadım ki, studiya iki yerə bölünüb. Yarı qonaqlar bir, digər yarı qonaqlar isə başqa tərəfdə studiyada oturmuşdular. Çəkilişin heyətinə sual verdim ki, bu nə verilişdi? Cavab verdilər ki, bizdə studiyanın quruluşu belədir. Dedim ki, qalmaq istəmirəm gedirəm. Reklam fasiləsində getmək istəyirdim, lakin çox xahiş etdilər ki, təhsil ilə bağlı qoyulan mövzu haqda fikirlərimi səsləndirib sonra verilişi tərk edim”.

Nura Suri aparıcı Ülvira Qarayevanın efirdə ona müraciətini də tənqid edib: “Ülvira Qarayeva ilə rəfiqəliyim yoxdur, amma efirdə mənə “sən”, digər qonaqlara “siz” deyə müraciət edirdi. O verilişdən getməli idim”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button