Siyasət

Efirlər “ulduz”u: onun neçə “obraz”ı var?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Əsas məsələ odur ki, regionda sülşün bərqərar olması ümumiyyətlə, dünyada sülhün bərqərar olması deməkdir” – deputatın paradoksal açıqlaması

… Günlərdən həftənin ortası, Bakıda toylardan biri. Bu sətirlərin müəllifi də qonaq dəvət edilmiş həmin toya.

Məclisin şirin dəmində masa arxasındakı rəfiqlərdən biri Filankəsin tanış olmaq istədiyini dedi.

Buyursun, söylədim. Filankəs yaxınlaşdı və özünü təqdim edəndən sonra siyasətə, iqtisadiyyata, diplomatiyaya, kütləvi informasiya vasitələrinə, axırda da Milli Məclisin fəaliyyətinə “fləş” virtual-verbal səyahət etdi.

Axırda da buyurdu ki, yaxşı ki, ölkə parlamentində siyasətə, təhlükəsizlik məsələlərinə və mediaya yaxşı bələd olan adamlar var: “Məsələn, “Trend”in baş direktoru Bəhmənkəs kimi”.

Bəhmənkəs, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktoru?!

“Nə zamandan, necə, niyə?” suallarını beynimdə sıralamadım, çünki təqdimatın yanlış olduğunu bilirdim. Yeni tanışıma da söylədim. Ki, Bəhmənkəs müəllim heç vaxt o iri və nüfuzlu mass-media strukturunun baş direktoru olmayıb, deyil və olması da mümkün deyil.

Həmin qəziyyə tək olsaydı nə vardı ki.

…Siyasət, xüsusilə də cəmiyyətin maraqlarının təminatına və sosiumun çağırışlarının nəzərə alınmasına yönəlmiş siyasət asan deyil.

Cəmiyyətdə nüfuza yiyələnmək, açıqlama və bəyanatlarının səbatlı, şərhlərininsə intellektual təsir bağışlamasını istəyən fərd mütləq şəkildə əməllərinə, sonra da sözlərinə diqqət yetirməlidir.

Bu, qəti romalıların təbirincə desək, aksiomdur.

Yazıqlar olsun ki, siyasi yaşamın bu qaydasını unudanlar, unudub da halının normal olduğunu düşünənlər və belə davranışla tragikomik vəziyyətə düşənlər var.

Bəhs etdiyim “Bəhmənkəs müəllim”i media gah “DTX-nın sabiq polkovniki”, gah “beynəlxalq təhlükəsizlik məsələləri üzrə analitik-ekspert”, gah da “geosiyasi məsələlər üzrə şərhçi” qismində təqdim edilir ölkə mediasında.

Halbuki o, heç zaman “DTX polkovniki” olmayıb – sabiq Milli Təhlükəsizlik Nazirliyindən polkovnik-leytenant rütbəsində kənarlaşdırılıb. Polkovnik rütbəsi almaq müddəti çatsa da. Səbəblərini demirik – o, ayrı söhbətin mövzusudur.

“Trend” BİA-nın “baş direktoru” olmağına gəldikdə isə – haqqında bəhs etdiyimiz şəxs “Trend”dən qətiyyətlə və birdəfəlik uzaqlaşdırılıb. Özü də o səviyyədə ki, onun “Trend”in giriş qapısından keçməsi belə, məqbul sayılmır.

Vəzifə və nüfuz baxımından insanlar iki seqmentə ayrılır: bəzilərinə vəzifəsinə görə zahirən hörmət edirlər, bəzilərinə isə fərdi məziyyətlərinə, biliyinə, mənəvi dəyərlərinə görə sayğı bəsləyərək nüfuz sahibi edirlər.

“Trend”də çalışdığı dönəmlərdə sadəcə, vəzifəsinə görə səthi sayğı sahibi olan indiki deputat həmin əyyamlarda tələbat duyulan şərhçi idi. Səbəb? Çox sadə: baş verən hadisələr, həmin olayların pərdəarxası və mümkün perspektivləri barədə “Trend”dən bəhrənələrək zəruri məlumat bazası, danışmaq üçün tezislər əldə edirdi.

Sonra deputat oldu, həmin sürəkli yenilənən informasiya bazası əldən çıxdı, amma şərhlər azalmadı və o şərhlərdə bəhs etdiyimiz deputat hər dəfə elə kazuslar, absurdlar, mövzunun ciddiliyini alt-üst edən “fikir”lər söylədi ki, təəccüb ironiyaya çevrildi.

Və ən acınacaqlısı odur ki, onu illər boyu tanıyanlar belə, qəfil metamorfoza təəccüblənərək “insan öz maraqlarını hər nəsnədən buncamı üstün tutar?” sualını ritorikaya çevirib cavab aramağa çalışdılar.

Bu şəxs Milli Məclisin deputatıdır. Onu yaxından tanıyan, kimliyinə bələd olanların yekdil rəyi ürəkaçan deyil: “Yalnız özünü düşünən, öz maraqlarını hər şeydən və hər kəsdən üstün tutan, fürsət bildiyi məqamı əsla əldən vermək istəməyən şəxsdir”.

Heç yaxşı səciyyə deyil.

Amma nə olsun: “qəhrəman”ımız öz işindədir.

Yaşayır.

Yalnız öz maraqları üçün…

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button