Ölkə

Efirlərdən uzaqlaşan azərbaycanlı müğənni üzə çıxdı

“Ürəyim yanar” mahnısı ilə məşhurlaşan müğənni Abbas Əhməd uzun müddətdən sonra üzə çıxıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az olay-a istinadən bildirir ki, “Elgizlə izlə” verilişinə qonaq gələn 63 yaşlı sənətçi efirdən uzaqlaşmasının səbəblərindən danışıb.

Abbas bildirib ki, 17 il Moskvada olub: 

“Mən sizin rejissorunuza dedim ki, verilişinizə gəlib mahnımı oxuyub, çıxıb gedəcəyəm. Proqramınızın anonslarında vermisiniz ki, Abbas Əhməd harada itib-batıb. Mən bu bir il ərzində Azərbaycanda olmuşam. 14 fevralda iki konsert proqramında çıxış etdim. Mən həmkarlarım Sərxan Sərxan və İlqar Muradovla konsert verdik. İki ay bu konsertin reklam getdi və mənim şəkillərimi hər yerdə asmışdırlar. Bundan əvvəl isə mən 17 il Moskva şəhərində idim. Novruz bayramında Stolkqolma getdim. Orada konsert proqramında çıxış etdim və bir klipdə çəkdirdim. Məni görən deyir ki, sizə və mahnılarınızı dinləməyə ehtiyacımız var. Bu yay mən Bakının bir sıra dənizkənarı məkanlarında çıxışlarım oldu”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button