Ölkə
Əfqan Cəlilova yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad olunaraq yeni vəzifəyə təyin olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Ə.Cəlilov sözügedən nazirliyin başqa bir strukturunda vəzifəyə gətirilib.
Belə ki, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.
Ə.Cəlilov müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək.
Faktı Trend-ə Dövlət Dəniz və Liman Agentliyindən təsdiqləyiblər.
Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.
Milli.Az