Ölkə

Əhalini sevindirəcək xəbər – Uşağa görə verilən pulun miqdarı…

Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üvü Vüqar Bayramov “Xəzər Xəbər”ə bildirib ki, mövcud qanunvericiliyə əsasən, ailədə 18 yaşına çatmamış uşaq, eyni zamanda, 23 yaşına qədər əyani təhsil alan şəxs varsa, valideynlər işsiz qaldığı halda onlara sığorta ödənişi edilir. Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

Millət vəkili deyib ki, dəyişikliyə əsasən, artıq işsiz qalan valideynlərin hər birinə görə sığorta ödənişi həyata keçiriləcək. Bu da ailələrin daha çox vəsait almasına səbəb olacaq.

Millət vəkili hesab edir ki, dəyişkilik işsiz qalan vətəndaşların sosial təminatında mühüm rol oynayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button