Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOsu yayıldı
Əhməd Əhmədovun qardaşı ilə uşaqlıq fotosu yayılıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotonun illər öncə çəkildiyi güman olunur.
Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O, şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Lala
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun