Ölkə

Ələkbər Yasamallı bibisi oğlunun qətlindən bir il sonra efirə çıxdı

Uzun müddətdir səhhəti ilə əlaqədar ekranlardan ilim-ilim itən meyxanaçı Ələkbər Yasamallı üzə çıxıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, söz xiridarı bu gün “Rəngarəng səhər” verilişinin qonağı olub. 

Qeyd edək ki, ötən il noyabrın 9-da Ələkbər Yasamallı həmkarı Rəşad Dağlı tərəfindən bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirdikdən sonra gözlərdən itib.

Daha sonra qohumu Ələkbərin səhhəti ilə bağlı Almaniyaya getdiyi və orada müalicə aldığı bildirilib. O müddətdən etibarən söz xiridarı efirlərə çıxmayıb. 

Xatırladaq ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Milli.Az

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button