Ölkə

Ələkbər Tağıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub

Ələkbər Tağıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub – FOTO

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub. Konsert bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunub.

Konsertdə teatrın solistləri bəstəkarın populyar mahnılarından ibarət musiqi nömrələri ilə çıxışlar ediblər. Bir-birindən parlaq ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb. Solistləri teatrın instrumental ansamblı müşayiət edib (rəhbər Mirxalid Salayev)

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button