Ölkə

Elariz Amerikadakı biznesindən danışdı: “Buranın toylar kralıyam”

“Əlbəttə, Bakı üçün darıxıram. Yəqin ki, 2-3 aya Azərbaycana gələcəyəm. 4 il 7 aydır Amerikadayam. İşlərim yaxşıdır. Amerikada biznesim var, toylara da gedirəm”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-yə köçən müğənni Elariz Məmmədoğlu “Xoş gəldin” verilişində danışıb. Proqrama virtual qoşulan ifaçı Amerikadakı həyatından danışıb:

“Həm toylara gedirəm, həm konsertlərim təşkil edilir, həm də restoranda çıxışlarım olur. Toyda, konsertdə öz mahnılarımı oxuyuram. Amma restoranda ukraynalı üçün Ukrayna, yunan üçün yunan, gürcü üçün gürcü dilində mahnı oxuyuram. Məndən başqa burada baş çıxaran olmaz.

Hərdən mənə deyirlər ki, bizi də Amerikaya gətir. Cavab verirəm ki, necə gətirim? Siz gəlin ki, mən də qarşılayım.

Amerikada 5 ildən çox yaşadıqdan sonra vətəndaşlıq üçün yaşamalısan. Mənim isə “Greencard”ım var, istənilən vaxt ABŞ-yə girib-çıxa blirəm. Amerikanın toylar kralıyam”.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button