Ölkə

Elçin Əlibəyli mətbuat katibini efirdə tənqid etdi

“Baku Aktual” verilişinin efirində aparıcı Elçin Əlibəyli ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu arasında mübahisə düşüb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az manset.az-a istinadən xəbər verir ki, aparıcının su kəsintiləri ilə bağlı sualına mətbuat katibi aqressiv cavab verib. O, qurum rəsmisinə yaraşmayacaq tərzdə “Sizin sualınızın cavabını ya Nastradamus, ya da Vanqa verə bilər” deyə bildirib. Elçin Əlibəyli isə “siz hər halda heç biri deyilsiz, bu dəqiqdir” deyə mətbuat katibini sərt tənqid edib. 

Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza zamanı Ceyhun Musaoğlunun “insanlar eyni anda suyu açdıqları üçün texniki problemlər yaradır” deyə verdiyi açıqlama sosial şəbəkələrdə böyük qınağa səbəb olmuşdu.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button