Ölkə

Elektrik naqili qırılaraq yanğına səbəb oldu – Vətəndaşa 30 min manatdan cox ziyan dəyib

Ağcabədinin Hacılar kəndində güclü yanğın baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, kənd sakini Nəbi Tağıyevə məxsus təsərrüfatda 4 mindən çox ot bağı və “Qazel” markalı yük avtomobili yanıb. Nəticədə kənd sakininə 30 min manatdan çox ziyan dəyib.

Təsərrüfat sahibi bildirir ki, hadisəyə səbəb elektrik naqillərində baş verən qırılma olub. Yüksək gərginlikli elektrik xətti qırılaraq ot tayasının üstünə düşüb.

Kənd sakinlərinin sözlərinə görə, yüksək elektrik xətləri və dirəkləri uzun illərdir dəyişdirilmədiyindən kənddə bu cür hadisələr tez – tez baş verir. Bərbad vəziyyətdə olan naqillər sonuncu dəfə 60 il bundan əvvəl dəyişdirilib. Sakinlər tezliklə xətlərin yenisini ilə əvəz edilməsini istəyirlər. Onlar iddia edirlər ki, Vətən müharibəsində düşmənin atdığı mərmilər elektrik naqillərini tamamilə sıradan çıxarıb. Buna görə də elektrik naqilləri yüklənməyə tab gətirmir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğınsöndürmə birqadası alovu ram edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button