Ölkə

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyun aylarında əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, onlardan 4,3 mini təkərli oturacaq (o cümlədən 140-ı mühərrikli təkərli oturacaq), 1,2 min aşağı və yuxarı ətraf, habelə 1,3 min eşitmə aparatı, 1,4 min qoltuqaltı və dirsəkaltı ağac olub.

“Həmçinin əlilliyi olan şəxslərə 4,6 min cüt protez və ortopedik ayaqqabı, 49 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 6 ayı ərzində ümumilikdə 7,7 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib”, – deyə əlavə edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button