Ölkə

Elnarə qızının nişanından danışdı: “Qohumlarım mənə görə bəxtəvərdir”

Əməkdar artist Elnarə Abdullayeva ilk dəfə qızı Xədicənin nişanlanmasından söz açıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə o, “Rəngarəng səhər” verilişində danışıb.

Xanəndə övladının nişanlanması görüntülərinin sosial şəbəkələrdə, eləcə də sözügedən verilişdə yayınlanmasına etiraz edib:

“Qızım daha çox atasına bənzəyir. Övladımın şəkillərini burada göstərməyiniz xoşuma gəlmir. Sosial şəbəkələrdə də hər nə oldu, dərhal yazırlar. İşiniz-gücünüz yoxdur. Qohum olduğum insanlar, ailəm, övladlarım da bəxtəvərdirlər ki, mən varam. Çünki onların başını aşağa salacaq və xələl gətirəcək bir şey etməmişəm. O qədər şərəfli yol keçmişəm və sevə-sevə arxaya dönüb baxa bilirəm. İstəmirəm qızımın adı hallansın və ya görüntüləri yayılsın. Bunların qəti əleyhinəyəm”.

Qeyd edək ki, E.Abdullayevanın qızı Xədicə iyulun 11-də paytaxt restoranlarının birində Cavad adlı bəylə nişanlanıb. Elxan adlı bəylə ailəli olan Elnarənin bir qız və bir oğlan övladı var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button