Ölkə

Elnarə onu belə vəsf etdi: “Arxalana biləcəyim yeganə dayağım”

Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovla bağlı paylaşım edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Rövşənin doğum günü olduğunu bildirən Elnarə onunla illər əvvəl çəkilən arxiv fotosunu sosial şəbəkə hesabında yayımlayaraq, təbrik edib.

“Bu gün mənim ömür-gün, əsgərlik yoldaşımın, sirdaşımın, dostumun, sevgilimin, övladlarımın atası polkovnikin doğum günüdür. Yaxşı ki, varımsan, həyatımın yoldaşı, ürəyimin sirdaşısan. Həyatda arxalana biləcəyim yeganə dayağım, hər dərdimin əlacısan.

Səni qismətimə çıxartdığı üçün Allahıma nə qədər təşəkkür etsəm, azdır. Hər anımın mahiyyəti, hər dəqiqəmin dəyəri, hər saatımın əhəmiyyəti və hər günümün bayramısan.

Səninlə bundan sonra mənə nə olsa da zaval yoxdur. Şükür bu günümüzə. Allah heç bir ailəni böyüksüz, üzüyünü qaşsız qoymasın”, – deyə Xəlilova yazıb.

Qeyd edək ki, Elnarə və Rövşən cütlüyünün dörd övladı var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button