Ölkə

Elşən Xəzərin Qasım Süleymaniyə növhəsi

Elşən Xəzərin həbsi barədə xəbər yayıldıqdan sonra onun SEPAH-ın Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaniyə həsr etdiyə və öz dilindən səslənən növhəsinin görüntüləri sosial şəbəkədə yenidən paylaşılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az kult.az-a istinadən xəbər verir ki, Qasım Süleymaninin 1991-92-ci illərdə Qarabağda erməni terrorçularla görüntüləndiyini xatırladaq şəbəkə istifadəçiləri Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıların qətliamında Qasım Süleymaninin xüsusi rol oynadığına diqqət çəkiblər.

Dosent Zaur Əliyev isə bildirib ki, Elşən Xəzərin Pəncəli, Xudayar, Muxtar, Cəbrayıl, Polad, Allahverdi, Fred Asif və digərləri haqqında şeirlərinə rast gəlməyib.

“Əgər erməniyə təlim keçən, agentləri vasitəsilə Qarabağda 1991-1994-cü illərdə hərbi yerlərin, strateji obyektlərin, müdaifə nöqtələrinin yerini çəkdirib ermənilərə verən, əli yüzlərlə insanın qanına batana şəhid deyirsənsə, bəs Vətən üçün canlarını qoyanlar kimidirlər?” – deyə alim Elşən Xəzərə sual ünvanlayıb.

Qeyd edək ki, Elşən Xəzərin İran agenti kimi həbs olunması barədə yayılan xəbər təsdiqini tapmayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button