Ölkə

Elza Seyidcahan ciddi zədə aldı

Əməkdar artist Elza Seyidcahan səhnədə yıxılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu barədə Lent.az-a açıqlama verən bəstəkar-müğənni bildirib ki, Space telekanalında konsert çəkilişində olarkən səhnədə ayağı libasının ətəyinə ilişib və o yerə çırpılıb.

“O konsertdə yarım saat oxudum. Növbəti dəfə libasımı dəyişib səhnəyə çıxdım. Fikirli idim. Libasımın ətəyi ayaqqabımın dabanına ilişdi, yerə çırpıldım. İsti-isti ağrını hiss etməmişəm. Mahnımı yenə oxudum. Həkimə getməyi təklif etsələr də, getmədim. “Müsəlman ölümcül olmayana qədər həkimə getmir” deyirlər axı, mən də elə. Gəldim evə. Sinəm möhkəm ağrıyırdı. 3 gün o halda evdə gəzmişəm, nəvəmi qucağıma almışam, namaz qılmışam. Axır dözmədim ağrılara getdim həkimə, heç demə, döş qəfəsimdə sınıq var imiş, çat da var. İndi sarınıb gəzirəm. O qədər insanlar sənətimlə bağlı hücumlar edirlər, xoş olmayan sözlər deyirlər, bəd sözlərin enerjisi, bədxahlıq yıxdı məni. Şükür ki, başım, ayaqlarım zədələnmədi”, – deyə o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button