Mədəniyyət

Elza Seyidcahana görə Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən çıxır

Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub. Belə ki, bir çoxları Elza Seyidcahanın üzv seçilməsini dəstəkləmir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Mürvət Qədimoğlu bu qərardan sonra AYB-dən ayrılmaq qərarı aldığını bildirib. Bu məqsədlə o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ərizə yazıb:

“Yazıb sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz”.

Bundan sonra isə o, Birliyin sədri Anar Rzayeva və AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə müraciət edərək Elza Seyidcahanın üzvlüyə qəbul olunması ilə bağlı zəmanət verən 3 nəfərin adının kimliyini açıqlanılmasını istəyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button