Ölkə

“Elza Seyidcahanın şeirlərini qınayıram ”

“Mən Elza Seyidcahanın bu cür şeirlər yazmağına qətiyyən müsbət yanaşmıram. Onu qınayıram”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov qonaq olduğu “Rəngarəng” verilişində deyib.


Sənətçi Əməkdar artist Elza Seyidcahanın yazdığı şeirlərini tənqid edib: 

“Bəzi sözlər var ki, biz onu gündəlik danışığımızda istifadə etmirik. Amma o şeirlər səslənəndə, sosial şəbəkələrdə yayılanda o sözlər bizim yadımıza düşür… Açıq deyəcəyəm bu abırlı bir şey deyil. Bu ayıb bir şeydir. Fəlsəfəni də çalışdığım qədər anlayıram. Elza xanım elə belə insan deyil. O, dünyaya gələn bir sənətkardır. Amma elə şeylər var ki, ədəbdən kənardır. Bizim işimiz – mədəniyyəti təbliğ etməkdir. Biz efirdə mədəniyyəti təbliğ etməliyik, ağzımızdan çıxan sözə fikir verməliyik, diqqət etməliyik. Amma belə şeylər görənd o qədər məyus oluram ki… Pisimə gəlir. Elza xanım yaxşı musiqiçi və yaxşı bəstəkardır. Mənim Elza xanımla çox yaxşı əlaqələrimiz var. Onun xətriniu çox istəyirəm. Elza xanım əgər mənim bu sözlərimə xoş olmayan şərh versə heç bir problem yoxdur”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button